MENU

Haqqımızda

Dövlət əmlakının yeni yanaşmalar əsasında özəlləşdirilməsi nəticəsində bölgələrdə uzun illər fəaliyyətsiz qalmış müəssisələr fəaliyyətə başlayır. Belə müəssisələrdən biri də Quba rayonunda yerləşən “Şahdağ” mehmanxanasıdır. “Dövlət əmlakının özəlləşdirilməsinin sürətləndirilməsi və idarə edilməsinin səmərəliliyinin artırılması ilə bağlı bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 19 iyul 2016-cı il tarixli, 1003 nömrəli Fərmanına və milli iqtisadiyyatın əsas sektorları üzrə təsdiq olunan strateji yol xəritələrinə uyğun olaraq regionlarda yerləşən istehsal müəssisələrinin fəaliyyəti bərpa edilir, milli iqtisadiyyatda özəl sektorun payı hər keçən gün artmaqdadır. Görülən tədbirlər nəticəsində regionlarin sosial iqtisadi inkişafına töhfə verilir, yeni iş yerləri açılır, uğurla icra edilən investisiya proqramları nəticəsində fəaliyyəti dayanan istehsal müəssisələrində rəqabət qabiliyyətli məhsulların istehsalına, xidmətlərin göstərilməsinə başlanılır.

“Şahdağ Mehmanxana” ASC-nin səhmlərinin satışı üzrə investisiya müsabiqəsində yerli “A ənd J Liftinq” Məhdud Məsuliyyətli Cəmiyyəti qalib gəlib. Müsabiqə qalibinin təqdim etdiyi İnvestisiya Proqramına əsasən, müəssisəyə 2 il ərzində 1 milyon 513 min manat məbləğində investisiya qoyuluşunun həyata keçirilməsi nəzərdə tutulub. Həmin investisiyalar müqabilində hazırda köhnə mehmanxana binası sökülərək yerində müasir tələblərə cavab verən yeni mehmanxana binası tikilib başa çatmaq üzrədir.

Mehmanxanada bir, iki və üçotaqlı nömrələrin, eləcə də 150-200 yerlik barlar, 800 yerlik restoranın və 1000 yerlik konfrans zalı fəaliyyət göstərməsi nəzərdə tutulmuşdur. Eyni zamanda, binanın infrastruktur təminatı (elektrik enerjisi, qaz, su, kanalizasiya) yenilənmiş, mərkəzi havalandırma və istilik sistemi qurulmuş, mebel və inventarlar alınmış, mehmanxananın ərazisi abadlaşdırılmışdır.

Bu tamamlama işləri hazırda davam edir. Çardaq hissəsində turistlərin istirahətini daha da maraqlı etmək üçün buradan şəhərin mənzərəsinə tamaşa etməklə bərabər hətta göydəki ulduzları belə teleskoplar vasitəsilə seyr edə biləcəklər.

Bütün bu istəkləri gerçəkləşdirmək üçün ölkədə biznes üçün əlverişli mühit mövcuddur. Tam əminliklə deyə bilərik ki, bu gün ölkəmizdə turizmin inkişaf etdirilməsinə dövlət tərəfindən xüsusi diqqət göstərilir. Turizmin inkişafı həm də ölkə iqtisadiyyatının yüksəlməsində və əhalinin maddi rifah halının yaxşılaşdırılmasında böyük əhəmiyyət kəsb edir.

İnvestisiya Proqramına əsasən, Şahdağ Quba Mehmanxana kompleksində investisiya fəaliyyəti dövründə 140 yeni iş yerinin açılması da nəzərdə tutulub.

Müasir avadanlıqlarla təsis olunan yeni bina bir-birinə çarpaz birləşən iki hissədən ibarət olmaqla beş mərtəbədən və mansard tipli çardaqdan ibarətdir. Müəssisənin yaxın zamanda fəaliyyətə başlaması təbii ki, bölgədə turizmin inkişafına öz müsbət töhfəsini verəcək.



View the embedded image gallery online at:
http://sahdag.az/az/haqqimizda#sigProId3b68da4aae

 

 

 

 

Save

Axtarış
Hava proqnozu
Расширения Joomla
. 30 oC
Təziyq: 719 mm civə sütunu
Rütubət: 31 %
Minimal temperatur: 30 °C
Maksimal temperatur: 30 °C
Küləyin sürəti: 4.21 m/s
Günəşin doğuşu: 07:29
Günəşin batması: 19:49
Proqnoz Quba